top
Elmar Baxşıyev Araz-Naxçıvanın uğursuz çıxışı və klubdakı dəyişikliklər barədə danışdı Idman.biz
02 fevral 2026, 18:10
- +

Elmar Baxşıyev "Araz-Naxçıvan"ın uğursuz çıxışı və klubdakı dəyişikliklər barədə danışdı

"Hələlik bir yenilik, təklif yoxdur. Çempionat oyunlarını izləyirəm".

Bu sözləri "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Ötən ilin dekabrında tutarlı səbəb göstərilmədən Emar Baxşıyevi istefaya göndərən "Araz-Naxçıvan" onu ukraynalı Andrey Demçenko ilə əvəzlədi. Komanda onun gəlişindən sonra 2 oyuna cəmi 1 xal qazanıb. Ötən gün isə "qırmızı ağlar" "Neftçi"yə 4 cavabsız qolla uduzdu.

Hazırkı komandanı özünün formalaşdırdığını deyən Elmar Baxşıyev "Araz-Naxçıvan"ın uğursuzluqlarını şərh etmək istəmədiyini deyib:

"Araz-Naxçıvan" haqda danışmasam, daha yaxşı olar. O kollektivi mən formalaşdırmışam. Komanda ilə bağlı nəsə mənfi fikirlər səsləndirmək istəmirəm. Klubdan getmək qərarını da mən verməmişəm. Ona görə də indi yaranan suallara mən də cavab tapa bilmirəm.

Yeni məşqçiləri var. Güvəndikləri məşqçidir. Yəqin ki, bilir nə istədiklərini. Oyunlarında elə bir dəyişiklik görmürəm. Çünki həmin oyunçulardır. Dəyişikliyi rəhbərlik özü görməlidir. Xal itirmək o qədər də problem deyil. Məşqçiyə inam olmalıdır", - deyə o, qol.az-a açıqlamasında bildirib.

E.Baxşıyev qeyd edib ki, onun komandadan göndərilməsi klubun daha böyük hədəflərinin olması ilə bağlıdır. Bəs, "Araz-Naxçıvan"da böyük hədəflər üçün işlər görülürmü? Baxşıyev suala belə cavab verib:

"Hər klubun öz strategiyası var. Hansı ki, ona uyğun qərarlar verilir. Mən 1.5 il "Araz-Naxçıvan"da oldum. Bu müddətdə müəyyən bir iş ortaya qoyduq. Xırda da olsa komanda uğur qazandı. Bəlkə, klubun iddiası daha da üstündür. Hansı ki, məni o iddiada görmürlər. Bəlkə də klub çempionluq uğrunda mübarizə aparır. Ona görə də belə qərar veriblər. Məşqçi işi elədir ki, güvən olmalıdır. Hərtərəfli inanıb ortaya bir iş qoymaq mümkündür.

Qarşıya çempionluq iddiası qoymaq olar. Bu, normaldır, istək, iddia ola bilər. Amma hər şey istəklə olmur. Çempionluq çox böyük işin qarşılığında olur. "Çempion olacam" demək asandır. Amma buna həm komanda, həm də klub olaraq hazır olmalısan".

E.Baxşıyev klub idarəçiliyində "Qarabağ" nümunəsini misal göstərib: "Hər şey pillə-pillə olmalıdır. Bunun bariz nümunəsi də "Qarabağ"dır. Komandanın enişli vaxtları da olub, amma klub olaraq həmişə bir olublar, baş məşqçiyə dəstək göstəriblər. Bu gün də onun bəhrəsini görürlər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər