top
Əliyar Ağayevin Slaviya - Arsenal oyunundakı hakimliyinə İngiltərə və Çexiya mediasının reaksiyası Idman.biz
05 noyabr 2025, 14:03
- +

Əliyar Ağayevin "Slaviya" - "Arsenal" oyunundakı hakimliyinə İngiltərə və Çexiya mediasının reaksiyası

Azərbaycanlı hakim Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Slaviya" (Praqa) – "Arsenal" (London) oyunundan sonra Avropa mediasının diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, qarşılaşma London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə əsas müzakirə mövzusu Əliyar Ağayevin qərarları və VAR sisteminin rolu olub.

32-ci dəqiqədə Əliyar Ağayev "Slaviya"nın futbolçusu Lukaş Provodun topa əllə toxunmasına görə penalti təyin edib. 11 metrlik cərimə zərbəsi VAR-da incələnib. Bu epizoddan sonra Bukayo Saka hesabı açıb. Oyunun sonlarında isə "Slaviya"nın xeyrinə verilə biləcək penalti VAR tərəfindən ləğv olunub. Hər iki qərar həm İngiltərədə, həm də Çexiyada geniş müzakirələrə səbəb olub.

"The Guardian" qəzeti canlı bloqunda yazıb ki, "hakim iki dəfə VAR siqnalı ilə monitora yaxınlaşdı və epizodların qaydalar çərçivəsində izahına uyğun qərarlar qəbul etdi".

Nəşr vurğulayıb ki, bütün epizodlar ardıcıl və Çempionlar Liqasının qaydalarına uyğun şəkildə həll olunub. Qəzet, həmçinin, "Slaviya"nın ləğv edilmiş penalti epizodunu "Arsenal"ın soyuqqanlı və nəzarət altında keçirdiyi oyunun bir hissəsi" kimi dəyərləndirib.

Britaniya mediası ümumilikdə ölçülü-biçili və neytral mövqe sərgiləyib, ümumi ton sakit və balanslı olub.

Çexiyada da qərarların prosedur baxımından düzgün olduğu təsdiqlənib. Bununla belə, "Football Club" nəşri azərbaycanlı hakimin qərarlarının sərtlik dərəcəsini müzakirəyə çıxararaq, söhbətin qaydaların izahından getdiyini qeyd edib.

Azarkeşlərin reaksiyası isə daha emosional olub. "Denik" qəzetinin yazdığına görə, Əliyar Ağayev "Slaviya"nın xeyrinə verilmiş penalti qərarını ləğv etdikdən sonra tribunadan "UEFA Mafia!" şüarları səslənib. Buna baxmayaraq, Praqa klubunun hakimliklə bağlı rəsmi şikayəti olmayıb.

Xatırladaq ki, Praqadakı oyunda Əliyar Ağayevə kömək edən yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli olub. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. VAR sistemi üzərində nəzarət isə niderlandlı mütəxəssislər Rob Diperinq və Yerun Mansxota həvalə olunub.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər