FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq "Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.