Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Belçikaya məğlubiyyətdən (0:6) sonra istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Sport.kz məlumat yayıb.
Qazaxıstan 3 xalla J qrupunda beş oyundan sonra dördüncü yerdədir. Qazaxların yeganə qələbəsi Lixtenşteyn üzərində olub (2:0).
Qeyd edək ki, Əliyev 2025-ci il yanvarında baş məşqçi postunda Stanislav Çerçesovu əvəzləyərək Qazaxıstan yığmasının"sükanı arxasına" keçib.