"Zirə"nin futbolçusu Əkbər Eyubov Azərbaycanın Birinci Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
İdman.Biz xəbər verir ki, bu barədə "ASTA Mingəçevir" Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb.
O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.