"Araz-Naxçıvan"ın sabiq məşqçisi Əfran İsmayılovun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, o, "Şəfa"da fəaliyyət göstərəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Əfran İsmayılov paytaxt təmsilçisinin vitse-prezidenti təyin edilib. İsmayılov ötən gün "Araz-Naxçıvan"da köməkçi məşqçi vəzifəsindən ayrılıb.
Qeyd edək ki, "Şəfa" 2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanıb.