"Bir ay boyunca çox gözəl futbol bayramı izləyəcəyik. Almaniyaya Avropanın ən güclü yığmaları yollanıb". Bu sözləri Sport24.az-a açıqlamasında Əfran İsmayılov bildirib.
Milli komandanın sabiq üzvü qitə çempionatında həm azarkeşlik edəcəyi yığmaların, həm də turnirin favoritinin adını çəkib: "Almaniyada təşkil olunan turnirdə bizə yaxın olan Türkiyə və Gürcüstan millilərinə azarkeşlik edəcəm. Amma fikrimcə, çempion İngiltərə olacaq".
Qeyd edək ki, sayca 27-ci olan Avropa çempionatı dünən Almaniyada start götürüb və iyulun14-dək davam edəcək.