top
Əfran İsmayılov: “Onların millidə olması inkişafımızı ləngidir” – VİDEO İdman.biz
12 iyun 2024, 17:31
- ↺ +

Əfran İsmayılov: “Onların millidə olması inkişafımızı ləngidir” – VİDEO

"Qazaxıstana qarşı oyunda heyətdə legionerlərin olmamağı məni sevindirdi".

Bunu "İdman Bizdə"nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, yığmamızın Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi oyunda baş məşqçi əvəzi Arif Əsədovun meydana buraxdığı heyəti dəyərləndirib. İsmayılovun sözlərinə görə, Eddi İsrafilov və ya Filip Ozobiçin millidə olması inkişafımızı daha da ləngidir: "Ondansa gənclərimizin şans qazanması uğur sayıla bilər. Milli komandaya əksər vaxtlar eyni oyunçular dəvət olunur. Ola bilər ki, məşqçilər 1-2 seçimdə yanıla bilirlər. Amma ümumi götürsək, seçim düzgündür. "Sumqayıt"da Səbuhi Abdullazadənin oyunu çox xoşuma gəlirdi. İnanırdım ki, o da dəvət alacaq. Onun olmamağına üzüldüm. Amma gələcəkdə millidə oynayacağına inanıram".

İsmayılov bildirib ki, bu matçda futbolçularda milli ruh daha qabarıq şəkildə hiss olunub: "Legionerlər azalıb. Komandanın 95 faizini azərbaycanlılar təşkil edir. Bu da milli ruha gətirib çıxarır. Bu belə də olmalıydı. Neçə vaxt idi ki, bunu arzulayırdıq. Bizim vaxtımızda da Türkiyədən, Almaniyadan legionerlər gəlirdi. Onların bəziləri çalışıb nəsə edirdi. İndi də Anton Krivatsuk ana dilimizdə danışır. Görünür ki, can yandırır. Bu milli ruhu bəlkə də Arif Əsədov aşılayıb. Həqiqətən də uşaqlarda o istək görünürdü. Bu da sonda qələbəyə gətirdi".

Qeyd edək ki, millimiz Macarıstanda ilk yoxlama görüşündə Albaniyaya 1:3 hesabı ilə uduzub.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər