top
Əfran İsmayılov: Milli komandada əzm və ruh qayıdıb, İslandiya rahat qol vura bilməyəcək Idman.biz
14 oktyabr 2025, 15:48
- +

Əfran İsmayılov: Milli komandada əzm və ruh qayıdıb, İslandiya rahat qol vura bilməyəcək

"Çoxdandır ki, milli komanda haqqında ürəklə, istəklə, rahat danışmırdıq. Bu dəfə nəsə söyləmək xoş və sevindiricidir".

Bu sözləri sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi yığmanın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya uduzduğu (1:2) oyunla bağlı fikirlərini bölüşüb: "Əzm, istək və görmək istədiyimiz oyun yavaş-yavaş qayıdıb. İnanıram ki, zaman keçdikcə taktika və oyun daha da inkişaf edəcək. Hər şey qaydasına düşəcək. Millinin baş məşqçisi Ayxan Abbasova çox sağ ol demək istəyirəm. Tez bir zamanda kollektivi toparlaya bildi. Ukrayna ilə Bakıda heç-heçəyə nail oldu. Parisdə Fransa ilə görüşdə əzmkarlıq göstərdilər. Dünən Ukrayna ilə qarşılaşmada da mübarizə və əzmkarlıq gördük. Həmin görüş heç-heçə də bitə bilərdi. İlk dəqiqələrdəki fürsətdən yararlana bilsəydik, qələbə də qazanmaq mümkün idi".

İsmayılov D qrupunda komandanın şansının əvvəldən az olduğunu xatırladıb: "Amma oyunumuz inkişaf edib. Əzm, milli ruh geri qayıdıb. Bu da sevindirici haldır. İnanıram ki, bundan sonra İslandiya bizə rahat şəkildə beş-altı qol vura bilməyəcək. Bakıda, öz azarkeşlərimizin önündə ən azı bir xal qazanacağımıza ümid edirəm. Hamı istəklidir. Getdikcə daha yaxşı nəticələr əldə edəcəyik. Millidə bu görsənir. Azərbaycanda futbol və futbolçular var. Sadəcə, onları idarə edib yaxşı oynatmaq lazımdır. Ayxan Abbasov da bunu çox gözəl bacarır. Oyunçuları yaxşı tanıyır. Millimizə qarşıdakı matçlarda uğurlar arzulayıram".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər