top
Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram Idman.biz
Bu gün, 14:27
- ↺ +

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

"Mənə görə, biz həmin oyunda qələbəyə layiq idik".

Bunu "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uzun müddət yaşıl meydanlardan kənarda qaldıqdan sonra yenidən zədələndiniz. Özünüzü hazırda necə hiss edirsiniz?

- Hər şey yaxşıdır. "Şəfa" ilə görüşdə zədələnmişdim. Toqquşmada beyin sümüyündən aşağı hissəsindən xəsarət almışdım. Ağır zədə olmadı, bir neçə gün dincəldikdən sonra özümə gəldim. Hazırda hər şey yaxşıdır.

- Ümumiyyətlə, ağır zədədən sonra psixoloji cəhətdən oynamaq çətin olmur?

- Xeyr, heç bir qorxum yoxdur. Təəssüf ki, o zədədən sonra çox vaxt itirdim. Amma mübarizələr zamanı da hansısa qorxum yoxdur. Həqiqətəndə ağır zədə almışdım. Amma geri qayıtdım. Futbol üçün çox darıxmışdım. Hansısa qorxum yoxdur.

- Həmin zədə zamanı ikili mübarizə apardığınız Pavol Şafranko sizlə əlaqə saxlayır?

- Xeyr, biz onunla indi danışmırıq. Həmin ağır zədədə onun günahı yox idi, sadəcə oyun epizodu idi. Təəssüf ki, zədədən sonrakı birinci əməliyyat hardasa uğurlu olmadı. Ondan sonra daha iki əməliyyata ehtiyac duydum. Ümumiyyətlə bu cür zədələrdə bərpa prosesi də çətin keçir, sümüklərin bərkiməsi və s. Zaman alır hamısı. Amma Şafranko haqda hansısa mənfi fikrim yoxdur, bu, sadəcə futboldur, oyun epizodunda baş vermişdi.

- "Neftçi" ilə son görüşdə 1:1-lik heç-heçəyə imza atdınız. Həmin matçda "Turan Tovuz" iki xal itirdi, yoxsa bir xal qazandı?

- Mənə görə, biz həmin oyunda qələbəyə layiq idik. "Neftçi" bu il çox güclüdür, yaxşı oynayır. Amma meydanda 11 nəfərlə olanda da biz rəqibdən yaxşı oynayırdıq, qol epizodlarımız var idi. Sadəcə şansların yalnız birindən faydalandıq. Biz "Neftçi" ilə görüşdə qalib gəlməliydik, buna yaxın idik.

- Sanki "Neftçi" azlıqda qaldıqdan sonra daha yaxşı oynadı...

- Bəli, "Neftçi" güclü komandadır. Amma meydanda neçə nəfər olmağından asılı olmayaraq, biz buna adaptasiya olmalı və qələbə qazanmalıyıq. Qırmızı vərəqəyə qədər haradasa bərabər səviyyədə oyun gedirdi. Amma ən təhlükəli epizdlar bizdə idi. Şanslarımızı dəyərləndirsəydik, rahat qələbə qazanardıq.

- Bu oyunda diqqətəkən məqamlardan biri də İqor Ribeyronun İbrahima Vadjiyə qarşı kobud oyunu idi...

- Bəli, mən Vadjiyə görə narahat idim. Düzü, öncə epizodu görmədim. Çünki ehtiyat skamyadan çox da yaxşı görünmürdü. Yaxşı ki, o epizodda ciddi nəsə olmadı Vadjiyə.

- "Turan Tovuz" sanki güclü rəqiblərə qarşı daha yaxşı oynayır. Bu, nədən irəli gəlir?

- Bu, güclü və ya zəif rəqiblərlə oyundan asılı deyil. Stadion yaxşı olanda, atmosfer yüksək olanda, o zaman bütün komandalarda motivasiya yüksək olur. Amma bu cür oyunlar da olur. Elə matçlar olub ki, yaxşı oynasaq da, heç-heçə etmişik. Güclü rəqiblərə qarşı pis də oynadığımız da olub. Təəssüf ki, öncəki tur "İmişli"yə qarşı yaxşı oynamadıq. Amma yenə də qol epizodlarımız var idi. Yevlaxdakı stadionun ot örtüyü yaxşı deyil.

- Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. Bu matçlardan gözləntiləriniz nədir?

- Xoşbəxtlikdən bizim elə kollektivimiz var ki, hər oyunda qələbə üçün mübarizə aparırıq. Azarkeşlər də əmin olsunlar ki, qarşıdakı matçlarda da 3 xal üçün mübarizə aparacağıq. Turnir cədvəlinin yuxarılarında, avrokuboklarda olmaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Oxşar xəbərlər