top
Dədə ləqəbli azarkeş həyat yoldaşını çörək almağa göndərdi, özü isə matça yollandı Idman.biz
07 aprel 2026, 12:34
- ↺ +

"Dədə" ləqəbli azarkeş həyat yoldaşını çörək almağa göndərdi, özü isə matça yollandı

Türkiyənin "Ərzurumspor" futbol klubunun "Dədə" ləqəbli 64 yaşlı sadiq azarkeşi Erdem Alan sevimli komandasını heç bir matçda tək qoymur. Avtostopla etdiyi səfərlər və terminallarda keçirdiyi gecələrlə diqqət çəkən azarkeş komandaya olan sevgisini həyat tərzinə çevirib.

İdman.Biz "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, əslən Ərzurumun Uzundərə rayonundan olan Erdem Alan 46 ildir "Ərzurumspor"a böyük sevgi bəsləyir. O, 1980-ci illərdə Tokatda işləyərkən bu komandaya könül verib və sonradan təyinatla doğma şəhərinə qayıdanda da dəstəyini əsirgəməyib. Evini klubun rəngləri ilə bəzəyən və daim komandanın formalarını geyinən azarkeş maddi çətinliklərə rəğmən səfər matçlarını belə qaçırmır.

Erdem Alan komandasına bağlı olduğunu və səfər oyunlarına getmək üçün hər cür çətinliyə dözdüyünü bildirib:

"Şanlıurfadakı matça getdim. Oyun bitəndən sonra gördüm ki, heç kim yoxdur. Nə edəcəyimi bilmədim, pulum az idi, ona görə yol maşını ilə gedirdim. Bir taksi sürücüsünə 400 lirə (15 AZN) pulum olduğunu və avtovağzala getmək istədiyimi söylədim, o isə məndən 350 lirə (13 AZN) istədi. Həmin an motosikletli bir polis yaxınlaşdı və mənə matça gəlib-gəlmədiyimi soruşdu. Təsdiqlədikdə, məni motosikletinin arxasına mindirib avtovağzala apardı. Avtobusla qayıdanda yolda bir nəfərə cəmi 400 lirəmin olduğunu, yolpulu üçün nə qədər lazımdırsa götürüb qalanını mənə qaytarmasını xahiş etdim. O, sadəcə 200 lirə (7 AZN) aldı. Mənə kömək edənlər oldu, polisin məni avtovağzala gətirməsini isə heç vaxt unutmaram".

O, həyat yoldaşının daimi anlayış göstərdiyini qeyd edib:

"Bir dəfə işdən çıxanda telefonum zəng çaldı. Yoldaşım mənə gələndə evə çörək almağımı tapşırdı. Həmin vaxt mən Kocaelidən İstanbula matça gedirdim. Mən də ona "yaxşı" deyib razılaşdım. Sonradan o mənim matça getdiyimi başa düşüb, özü gedib alıb. Nə olursa-olsun hər zaman komandamın arxasındayam".

Həyat yoldaşı Zennurə Alan da kocasının bu sevdasına öyrəşdiyini deyib:

"Onun başqa bir əyləncəsi, zərərli vərdişi yoxdur, sadəcə matçlardır. Artıq buna vərdiş etmişəm, onu öz halına buraxmışam".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Oxşar xəbərlər