top
DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarının nəticələri: Türkiyə və İsveç DÇ-2026-ya vəsiqə qazandı Idman.biz
01 aprel 2026, 01:44
- ↺ +

DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarının nəticələri: Türkiyə və İsveç DÇ-2026-ya vəsiqə qazandı

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Bosniya-Herseqovuna və İtaliya arasında keçirilən pley-off oyunu başa çatıb.

Komandalar əsas vaxtda 1:1 hesabı ilə heç-heçə ediblər, lakin Bosniya komandası penaltilərdə 4:1 hesabı ilə qalib gəlib.

Moise Kean 15-ci dəqiqədə İtaliyanı irəli çıxarıb. Qonaqlardan Alessandro Bastoni 42-ci dəqiqədə qırmızı vərəqə alıb. Haris Tabakoviç isə 79-cu dəqiqədə Bosniya millisinin bərabərlik qolunu vurub.

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Çexiya və Danimarka arasında keçirilən pley-off oyunu başa çatıb.

Komandalar əsas vaxtda 2:2 hesabı ilə heç-heçə ediblər, lakin Çexiya komandası penaltilərdə 3:1 hesabı ilə qalib gəlib. Matç Praqadakı "EPET Arena"da keçirilib.

Üçüncü dəqiqədə Pavel Şults hesabı açaraq ev sahibi komandaya üstünlük qazandırıb. Yoahim Andersen 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtda Ladislav Kreyçi 100-cü dəqiqədə Çexiya komandasının ikinci qolunu vurub. Kasper Hoq 112-ci dəqiqədə hesabı bərabərləşdirib.

00:49

2026-cı il dünya çempionatına vəsiqə uğrunda Kosovo və Türkiyə arasında keçirilən pley-off oyunu başa çatıb. Komandalar Priştinadakı "Fadil Vokrri" Stadionunda oynayıblar. Türkiyə 1:0 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqə qazanıb.

Yeganə qolu 53-cü dəqiqədə hücumçu Kərəm Aktürkoğlu vurub.

2026-cı il dünya çempionatına vəsiqə uğrunda İsveç və Polşa arasında keçirilən son pley-off oyunu başa çatıb. Stokholmdakı "Strawberry Arena"da keçirilən oyun İsveç millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb və onlar DÇ-2026-ya vəsiqə qazanıblar.

İlk hissənin ortalarında ev sahibi komandanın cinah oyunçusu Entoni Elanqa hesabı açıb. 33-cü dəqiqədə qonaq yarımmüdafiəçi Nikola Zalevski hesabı bərabərləşdirib. 44-cü dəqiqədə İsveç müdafiəçisi Qustaf Laqerbilke qol vurub. 55-ci dəqiqədə polşalı hücumçu Karol Sviderski bərabərlik qolunu vurub. 88-ci dəqiqədə hücumçu Viktor Gyökeres İsveç millisinə qələbə qazandıran qolu vurub.

09:56

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final qarşılaşmaları baş tutacaq.

İdman.Biz xəbər verir ki, Türkiyə millisi səfərdə Kosovo ilə görüşəcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Final
31 mart

22:45. Bosniya Herseqovina - İtaliya
22:45. İsveç - Polşa
22:45. Kosovo - Türkiyə
22:45. Çexiya - Danimarka

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər