Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirir.
İdman.biz xəbər verir ki, komandamız Bakıda Ukrayna yığmasını qəbul edir.
Yığmamızı oyuna Fernandu Santuşun istefaya göndərilməsindən sonra baş məşqçi kimi Ayxan Abbasov çıxarıb.
Matçın ilk dəqiqələrində az qala Azərbaycan komandasının qapısına penalti təyin olunacaqdı. Yunanıstanlı referi əvvəlcə Bəhlul Mustafazadənin cərimə meydançasındakı hərəkətlərində qayda pozuntusunu görərək, penalti nöqtəsini göstərib, həmçinin müdafiəçini sarı vərəqə ilə "makafatlandırıb". Lakin VAR-ın köməyi ilə epizodu nəzərdən keçirdikdən sonra, hər iki qərar ləğv edilib. İlk yarı qolsuz bərabərliklə başa çatıb.
İkinci hissədə 51-ci dəqiqədə Sudakov qonaqları irəli çıxarıb - 0:1.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna
Baş hakim: Vasilios Fotias (Yunanıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı
Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)
Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko
1 | İslandiya | 1 | 1 | 0 | 0 | 5-0 | 3 |
2 | Fransa | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
3 | Ukrayna | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
4 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0-5 | 0 |
Qeyd edək ki, qrupumuzun digər matçında Fransa İslandiyanı qəbul edəcək.
İdman.biz