Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, E, F, I və K qruplarında yer alan millilər meydana çıxacaq.
Maraqla gözlənilən qarşılaşmalardan biri Türkiyədə keçiriləcək. Qardaş ölkənin millisi "doğma divarlar" arasında qonşu Gürcüstan yığmasını qonaq edəcək.
E qrupunun lideri olan İspaniya isə ötən tur öz meydanında Türkiyəyə biabırçı (1:6) hesabla yenilən Bolqarıstanla üz-üzə qarşılaşacaq.
DÇ-2026
Seçmə mərhələ
14 oktyabr
E qrupu
22:45. İspaniya - Bolqarıstan
22:45. Türkiyə - Gürcüstan
Xal durumu: İspaniya - 9, Türkiyə - 6, Gürcüstan - 3, Bolqarıstan - 0.
F qrupu
22:45. Portuqaliya - Macarıstan
22:45. İrlandiya - Ermənistan
Xal durumu: Portuqaliya - 9, Macarıstan - 4, Ermənistan - 3, İrlandiya - 1.
I qrupu
20:00. Estoniya - Moldova
22:45. İtaliya - İsrail
Xal durumu: Norveç - 18, İtaliya - 12, İsrail - 9, Estoniya - 3, Moldova - 0.
K qrupu
22:45. Latviya - İngiltərə
22:45. Andorra - Serbiya
Xal durumu: İngiltərə - 15, Albaniya - 11, Serbiya - 7, Latviya - 5, Andorra - 1