Futbol üzrə dünya çempionatında I qrupunda oyunlara start verilir.
İdman.Biz bildirir ki, ilk olaraq Fransa və İraq milliləri üz-üzə gəlirlər.
Oyun Filadelfiya şəhərindəki "Lincoln Financial Field" stadionunda keçirilir. Matçın baş hakimi kanadalı Dryu Fişerdir.
İlk turdan sonra Fransanın 3 xalı var. Birinci turda fransızlar Seneqalı 3:1 hesabı ilə məğlub ediblər. İraq isə ilk oyunda Norveçə məğlub olub – 1:4.