Fransanın "Nitsa" klubunun futbolçusu Dante Bonfim UEFA Avropa Liqasının tarixinə adını yazdırıb.
İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçi "Roma" ilə keçirilən əsas mərhələnin I tur oyununda iştirak etməklə bu uğura imza atıb.
O, turnirdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Dante bunu 41 yaş, 11 ay, 6 günündə bacarıb.
Qeyd edək ki, "Nitsa" səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub.