top
Dani Bolt Qarabağa transferinin səbəbini və Çempionlar Liqası təəssüratlarını açıqladı Idman.biz
08 aprel 2026, 13:34
- ↺ +

Dani Bolt "Qarabağ"a transferinin səbəbini və Çempionlar Liqası təəssüratlarını açıqladı

"Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım".

Bunu "Qarabağ"ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində "Lance" nəşrinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Qarabağ"la keçirdiyiniz ilk mövsümdə Çempionlar Liqasında çıxış etdiniz. Təəssüratlarınız necə idi?

– Çempionlar Liqasında oynamaq çox gözəl təcrübədir, hər bir futbolçunun arzusudur. Həmişə televiziyadan izləyirdim və özümü bu səviyyədə - "Liverpul" və "Çelsi" kimi böyük komandalarla qarşılaşarkən təsəvvür edirdim. Himni eşitmək və həmin anın içində olmaq mənim üçün xüsusi idi.

– Ən çox nədən təsirləndiniz?

– Çempionlar Liqasında ilk dəfə oynamaq hər şeyi dəyişir, evdə əsas mövzuya çevrilir. Hamı səndən nə hiss etdiyini soruşur. Atmosfer təsirlidir – azarkeşlər, stadion, hər şey. Amma oyun başlayanda 11-ə 11-dir. Biz öz oyunumuz üzərində fokuslanırıq və istənilən rəqiblə rəqabət apara biləcəyimizə inanırıq. Təsadüfi deyil ki, "Çelsi" ilə heç-heçə etdik.

– Ən yaddaqalan an kimi pley-off mərhələsinə vəsiqə qazanmağı göstərmək olar?

– Bilirdik ki, pley-offa vəsiqə qazanmağa yaxınıq. Amma həqiqətən bunu anlayanda, sıradan çıxan komandalar məlum olanda və yüksəldiyimizi görəndə böyük hisslər keçirdik. Bu, hər futbolçunun yaşamaq istədiyi xüsusi təcrübədir.

– "Qarabağ"ın təklifini qəbul etməyində bu komandanın Çempionlar Liqasında çıxış etməsi nə qədər rol oynadı?

– Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım. Karyera inkişafı ilə yanaşı, bu səviyyədə çıxış etmək istəyirdim. Məni bu çağırışı qəbul etməyə vadar edən də bu oldu.

– "Liverpul"la oyun zamanı rəqibin qapıçısı Alisson Bekkerlə səmimi söhbətiniz diqqətimizi çəkdi. Həmin vaxt nədən danışırdınız?

– Alissonla söhbət etdim, çünki qardaşı Muriellə "Fluminense"də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim. Danışdığım şəxslərdən biri o idi.

– Azərbaycan futbolu barədə təəssüratlarınız necədir?

– Azərbaycan çempionatı inkişaf edir və diqqət çəkir. Bir çox futbolçu təklif almamışdan əvvəl buranın necə olduğunu soruşur. "Qarabağ" ölkənin adını tanıtmağa kömək edir. Braziliya ilə müqayisədə hələ o qədər tanınmır, amma inkişaf var.

– Yeni mədəniyyət və futbol mühitinə uyğunlaşmağınız karyeranıza nə kimi müsbət təsiri var?

– Çempionlar Liqası ilə yanaşı, başqa mədəniyyətdə və fərqli futbolda yaşamaq böyük təcrübədir. Bu, çox şey qatır. Amma hansı turnir olmasından asılı olmayaraq, düşüncə tərzi eynidir - hər oyunda mübarizə aparmaq və qələbə qazanmaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Bu gün, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Bu gün, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Oxşar xəbərlər