top
Dambrauskas Qəbələ - Sabah oyunundan sonra: Səhvlərimizdən nəticələr çıxarmalıyıq Sport24.az
05 mart 2026, 22:21
- ↺ +

Dambrauskas "Qəbələ" - "Sabah" oyunundan sonra: Səhvlərimizdən nəticələr çıxarmalıyıq

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" – "Sabah" oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun anlar. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib ("Qarabağ") geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə "dəli" hesablar olur, hekayələr yazılır. İnanıram ki, azarkeşimiz olmayan fanatlar da belə oyundan həzz aldılar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var.  Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Eyni rəqibi təkrar-təkrar təhlil etmək çətindir.

 

– Hesab 2:0 olandan sonra komandada arxayınlıq yarandı?

 

– Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Araşdırmaq lazımdır, psixoloji və ya taktiki amillər ola bilər.

 

– Həm Premyer Liqada, həm də kubokda qalib olmağın planlarını qurursuz?

 

– Bütün fikrim futbolçuları bərpa edib növbəti oyuna hazırlaşmaqdır.

 

– Yarımfinalda rəqibin "Qarabağ" olması "Sabah"ın titul qazanmaq şanslarına necə təsir edir?

 

– Həqiqətən də indi bu barədə düşünmürəm. Hələ heç yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn "Qəbələ", "Sumqayıt" və "İmişli" ilə keçiriləcək çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşək.

 

– Bayaq dediz ki, "dəli" hesab oldu. Məşqçilik karyeranızda belə hallar baş verib?

 

– Sözün açığı, tam xatırlamıram ki, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər.

 

– Son iki oyunda 6 qol buraxmısız. Müdafiədəki problemlər sizi narahat etmir ki?

 

– Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq.

 

– "Qarabağ"la oyunlarınız gərgin keçir. Bundan sonrakı matçlarda da eyni halların baş verəcəyi azarkeşləri narahat edir. Siz necə düşünürsünüz?

 

– Keçmişdə olanlar keçmişdə qalmalıdır. "Qarabağ"la son oyunda baş verənlərə görə üzr istədik. Bizim rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə həmçinin. Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdır. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidir. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Oxşar xəbərlər