top
D kateqoriyalı məşqçi kursları başa çatdı: Neftçala müəllimləri lisenziya aldı Sport24.az
18 aprel 2026, 20:00
- ↺ +

"D" kateqoriyalı məşqçi kursları başa çatdı: Neftçala müəllimləri lisenziya aldı

AFFA-nın təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində UEFA-nın "HatTrick" proqramı çərçivəsində "D" kateqoriyalı məşqçi kursları keçirilib. Sport24.az xəbər verir ki, kursa Neftçala rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 25 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlərin əsas məqsədi iştirakçıların kütləvi futbol sahəsində bilik və bacarıqlarının artırılması, uşaq və yeniyetmələrlə işləyərkən müasir yanaşmaların tətbiqinin təşviqi olub. Kursun açılış günündə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı iştirakçılarla görüşərək proqramın məzmunu və məqsədləri barədə ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Təlimlər AFFA-nın məşqçi kursları üzrə təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən aparılıb. Kurs çərçivəsində "Kütləvi futbolda əsas prinsiplər", "Məşq metodları", "Məşqçi davranışları" və digər aktual mövzular üzrə nəzəri biliklər təqdim olunub. Sessiyalar interaktiv müzakirələrlə müşayiət olunaraq müxtəlif yanaşmaların müqayisəli şəkildə təhlilinə imkan yaradıb.

 

İkinci gün nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil edilib, iştirakçılar meydanda keçirilən məşqlərdə fəal iştirak edərək təlimçilər tərəfindən təqdim olunan metodikaları birbaşa tətbiq ediblər.
Kursun yekununda iştirakçılara müvafiq lisenziyalar verilib. Lisenziyaları iştirakçılara Fərrux İsmayılov və İlham Əzizzadə təqdim ediblər.

 


Qeyd edək ki, bu cür təşəbbüslər regionlarda futbolun kütləviliyinin artırılması, həmçinin məktəblərdə futbolun inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər