top
Coş Cinnellinin debütü və avrokuboklar hədəfi: “Məqsədimizə çatacağımıza inanıram” Idman.biz
02 fevral 2026, 22:29
- ↺ +

Coş Cinnellinin debütü və avrokuboklar hədəfi: “Məqsədimizə çatacağımıza inanıram”

"Turan Tovuz"un yeni transferi Coş Cinnelli Azərbaycan Premyer Liqasının 18-ci turunda komandanın heyətində debüt edib.

İdman.Biz bildirir ki, Cinnelli ilk matçında "Qarabağ"a qarşı oyuna çıxıb. İlk matçından sonra Sportnet.az-a danışan futbolçu qarşılaşma, debüt həyəcanı, komandanın avrokubok hədəfləri və fiziki durumu ilə bağlı fikirlərini bölüşüb.

– "Qarabağ"la qarşılaşmada "Turan Tovuz"un heyətində ilk dəfə meydana çıxdınız. Debüt oyununuzu necə dəyərləndirirsiniz?

– Bəli, bu, mənim komandadakı ilk oyunum idi. Azarkeşlərimizi sevindirəcək nəticə əldə etmək istəyirdik. Təəssüf ki, ilk hissənin sonlarına yaxın hesabda geri düşdük. Oyunun sonunda isə heç olmasa, bir xal qazanmağa çalışsaq da, buna nail ola bilmədik.

– Debütünüz güclü rəqib olan "Qarabağ"a qarşı oldu. Bu komanda barədə əvvəlcədən nə qədər məlumatınız var idi?

– "Qarabağ"ın gücünü yaxşı bilirdim. Bu görüşdə də onların imkanlarını meydanda açıq şəkildə gördük. Düşünürəm ki, xal qazanmaq üçün şanslarımız var idi. Amma nəticə istədiyimiz kimi olmadı.

– Sizcə, müsbət nəticə üçün komandaya nə çatışmadı?

– Futbol xırda detallar üzərində qurulan oyundur. Kənardan baxanda hər şey sadə görünə bilər, amma meydanda fərqlidir. Son dəqiqələrdə imkanlarımız yarandı, lakin rəqib qapıçı həlledici epizodlarda yaxşı çıxış etdi.

– Bu məğlubiyyət "Turan Tovuz"un avrokuboklar hədəfinə necə təsir göstərə bilər?

– "Qarabağ"la oyunda xal itirsək də, mövsüm hələ davam edir. Qarşıda kifayət qədər oyun var və növbəti qarşılaşmalarda vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq. Azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağımıza inanıram.

– Fiziki baxımdan tam hazır olmaq üçün sizə nə qədər vaxt lazımdır?

– Hər gün daha yaxşı olmaq üçün çalışıram, məşqlərdə maksimum gücümü qoyuram. Bir az zamana ehtiyac var. İnşallah, yaxın vaxtlarda daha yaxşı formada olacağam və bunu hamı görəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:06

«Alaves» «Real»ın 10 matçlıq qələbə seriyasına son verdi

Futbol
Bu gün, 03:04

Vensan Kompani "Bavariya"nın çətin dövrdən sonra daha güclü olacağına inam

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Futbol
Bu gün, 02:10

Palmeyras 1:0 ilə Libertadores Kubokunu qazanıb, 9 sarı vərəqə

Futbol
Bu gün, 02:07

Muslera "Estudiantes"in "Palmeiras"a məğlubiyyətindən sonra karyerasını başa vurdu

Minifutbol
Bu gün, 02:00

Millinin müdafiəçisi Rüfət Abbasov: Lixtenşteynlə oyunda çox qol vura bilmədik

Futbol
Bu gün, 01:55

"Real Madrid ev sahəsində Alaves‑ə 1:2 məğlub oldu"

Futbol
Bu gün, 01:46

«İnтер Cеноа qarşıсында 4:0 məğlub oldu - Video»

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:24

Abdulla Sima Fransa Liqa 1‑də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Oxşar xəbərlər