İngiltərə millisinin əsas qapıçısı Cordan Pikford klubu "Everton"la müqaviləsinin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperin Mersisayd kollektivi ilə yeni sözləşməsi 2029-cu ildə başa çatacaq.
Təcrübəli oyunçunun əvvəlki müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.
Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən "Everton"da çıxış edir.