Veteran futbolçu Cimi Karrager qarşıdan gələn Avropa çempionatı ilə bağlı proqnoz verib. Sport24.az xəbər verir ki, o, "The Telegraph" qəzetinə müsahibəsində İngiltərə yığmasının Fransaya uduzacağı təqdirdə, fransızların finala yüksələcəyini bildirib.
Karragerə görə, AÇ-2024-ün ikinci finalçısı turnirin ev sahibi Almaniya millisi olacaq. Həlledici görüşdə isə fransızların almanlara qalib gələcəyini bildirib. Karrager Fransa millisinin qələbəsini proqnozlaşdırır.