"Şerif" təhlükəli, heyətində keyfiyyətli legionerləri olan klubdu. Onların avrokubok təcrübəsi böyükdü". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Millinin sabiq üzvü "qartallar"ın şanslarını dəyərləndirib: "Moldova təmsilçisinin gücünü, təcrübəsini inkar etmək olmaz. Amma bunu faciəyə də çevirmək düzgün deyil. İstənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq, mərhələ keçmək mümkündü. Hazırda "Şerif"in gücünü şişirtməkdən çox "Zirə"nin heyətini gücləndirməsi əsasdı. İnanıram ki, "qartallar" Tiraspol təmsilçisinə qarşı layiqli mübarizə aparacaq. Şansları 50/50 hesab edirəm".
Qeyd edək ki, "Zirə"nin "Şerif"lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.
ABDULLA İSMAYILOĞLU