Ceydon Sançonun "Xetafe"yə keçməyəcəyi məlumdur. Sport24.az "Marca" qəzetinə istinadən xəbər verir ki, futbolçu klub prezidenti Anxel Torresə Yaxın Şərqdəki bir klubdan milyonlarla avro dəyərində təklif aldığını və bunu qəbul etdiyini bildirib.
Hazırda azad agent statusunda olan 26 yaşlı ingilis futbolçu İspnaiya klubundan cari mövsüm üçün 3 milyon avro xalis maaş tələb edib. Baş məşqçi Xose Bordalasın istəyi ilə hücum xəttini gücləndirməyə çalışan "Xetafe", ona aylıq 400 min avrodan xeyli yüksək təklif irəli sürsə də, ingilis hücumçu bununla razılaşmayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçunun agentləri artıq adı açıqlanmayan yeni klubla razılaşmanı tamamlamaq üzrədirlər. Həmin klub tələb olunan məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Sançonun son klubu "Aston Villa" olub. O, 2025/26 mövsümündə 39 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Hücumçu daha əvvəl "Çelsi", "Mançester Yunayted" və Dortmund "Borussiya"sının da şərəfini qoruyub.