top
Ceremi Frimpong zədələrlə mübarizəsindən danışıb Idman.biz
19 aprel 2026, 14:38
- ↺ +

Ceremi Frimpong zədələrlə mübarizəsindən danışıb

İngiltərənin "Liverpul" futbol komandasının müdafiəçisi Ceremi Frimpong karyerası ərzində aldığı zədələrdən və bu sınaqlardan necə çıxmasından bəhs edib. Niderlandlı futbolçu xüsusilə cari mövsümdə üzləşdiyi çətinlikləri gizlətməyib.

İdman.Biz "The Telegraph" nəşrinə istinadla xəbər verir ki, Frimpong zədələrin onun üçün gözlənilməz olduğunu bildirib.

"Karyeram ərzində demək olar ki, heç vaxt zədələnməmişəm. Yeganə uzunmüddətli fasilə kobud müdaxilədən sonra keçirdiyim əməliyyatla bağlı olub. Lakin bu mövsüm artıq üç dəfə zədə almışam. Arxa əzələ zədəsi? Bu, əvvəllər heç vaxt başıma gəlməmişdi. Komandanın da istənilən səviyyədə oynamaması vəziyyəti daha da çətinləşdirir. Əgər İngiltərə kubokunu və ya Çempionlar Liqasını qazansaq, hər şey o qədər də pis görünməz", - deyə müdafiəçi vurğulayıb.

Təcrübəli oyunçu mənəvi baxımdan ailəsinin və yaxınlarının dəstəyinin böyük rol oynadığını deyib:

"Futbolçuların da insan olduğunu, hisslərinin olduğunu anlamalısınız. Evə gələndə bütün bunlar barədə düşünməyə başlayırsan. Öz fikirində boğulmamaq üçün nəsə etməlisən. Bu çətin günlərdə ailəm və sevgilim yanımda olub mənə kömək etdilər. Yalan danışmayacağam, həqiqətən ağır idi. Amma özümü pis hiss edəndə yaxınlarım diqqətimi başqa şeylərə yönəldərək məni o depressiv haldan çıxardılar".

Qeyd edək ki, Frimpong bu mövsüm bir neçə dəfə zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb ki, bu da "Liverpul"un müdafiə xəttindəki oyununa təsirsiz ötüşməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 03:30

"Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 finalında məğlub oldu, avrokuboklarda CEV Çelenc Kubokunda davam edəcək

Futbol
Bu gün, 02:40

Qabriel Jesus, Luis Suarez"ı geridə qoydu

Futbol
Bu gün, 02:40

Çelsi yenidən məğlub oldu

Futbol
Bu gün, 02:26

Levante, evində Racing'ı 3-1-ə məğlub etdi

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Futbol
Bu gün, 00:47

Ronaldo Barselonadan Interə transferini 8 milyon təkliflə izah etdi

Oxşar xəbərlər