İtaliya millisinin və "Milan"ın sabiq üzvü Cennaro Qattuzonun yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi kimi çalışacaq.
Split təmsilçisi italyan mütəxəssislə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Qattuzonun sonuncu iş yeri Fransa "Marsel"i olub.