top
Çempionlar Liqası: Real və PSJ-dən böyük hesablı qələbələr, Bodo-Qlimtdən sensasiya - YENİLƏNİB + VİDEO Idman.biz
12 mart 2026, 02:15
- ↺ +

Çempionlar Liqası: "Real" və PSJ-dən böyük hesablı qələbələr, "Bodo-Qlimt"dən sensasiya - YENİLƏNİB + VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

"Real Madrid" "Mançester Siti"ni qəbul edib.

Oyun 3:0 hesabı ilə madridlilərin xeyrinə qurtarıb.

Hesabı 20-ci dəqiqədə Federiko Valverde açıb. Valverde 27 və 42-ci dəqiqələrdə daha iki qol vuraraq yekun hesabı müəyyən edib. 58-ci dəqiqədə Vinisius Junior penalti zərbəsindən yararlana bilməyib.

Mərhələnin digər matçında PSJ Parisdə "Çelsi" ilə qarşılaşıb və matç 5:2 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə bitib.

Ev sahibi komandanın hücumçusu Bredli Barkola 10-cu dəqiqədə hesabı açıb. Londonluların müdafiəçisi Malo Qusto 28-ci dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Usman Dembele 40-cı dəqiqədə parisliləri yenidən irəli çıxarıb. "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Vitinya parislilərin üçüncü qoluna 74-cü dəqiqədə imza atıb. PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya 86-cı və 90+4-cü dəqiqələrdə iki qol vuraraq yekun hesabı müəyyənləşdirib.

1/8 finalın sensasiyası ilə Norveçdə baş verib. Burada yerli "Bodo-Qlimt" Portuqaliyanın "Sportinq" kollektivini qonaq edib. Oyun 3:0 hesabı ilə Norveç klubunun qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə yarımmüdafiəçi Sondre Brunstad penaltidən vurduğu qolla norveçliləri hesabda irəli çıxarıb. 45+1-ci dəqiqədə hücumçu Ole-Didrik Blomberq komandasının üstünlüyünü ikiqat artırıb. 71-ci dəqiqədə "Bodo-Qlimt"in hücumçusu Kasper Hoq oyunun üçüncü qolunu vurub.

23:39

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

İdman.Biz bildirir ki, "Bayer Leverkuzen" "Arsenal"ı qəbul edib.

Oyun hesabı 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə Robert Andrix "Bayer"i önə çıxarıb. 89-cu dəqiqədə Kay Haverts penaltidən hesabı bərabərləşdirib.

09:32

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş keçiriləcək.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar
11 mart

21:45 "Bayer 04" - "Arsenal"
23:59 "Bodo-Qlimt" - "Sportinq"
23:59 PSJ - "Çelsi"
23:59 "Real" - "Mançester Siti"

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Oxşar xəbərlər