"Bavariya" - "Real Madrid" oyununda hesab yenə dəyişib.
Oyunun 89-cu dəqiqəsində Luis Diaz hesabda tarazlıq yaradıb - 3:3.
23:46
"Bavariya" - "Real Madrid" oyununda hesab yenə dəyişib.
Oyunun 42-ci dəqiqəsində Kilian Mbappe komandasını irəli çıxarıb - 2:3.
23:40
"Bavariya" - "Real Madrid" oyununda hesab yenə dəyişib.
Oyunun 38-ci dəqiqəsində Harri Keyn hesabı bərabərləşdirib - 2:2.
23:33
"Bavariya" - "Real Madrid" oyununda hesab dəyişib.
Oyunun 29-cu dəqiqəsində Arda Gülər oyunda ikinci qolunu vurub - 1:2.
23:09
"Bavariya" - "Real Madrid" oyununda hesab bərabərləşib.
Oyunun 6-cı dəqiqəsində Aleksandar Pavloviç hesabı bərabərləşdirib - 1:1.
23:04
"Bavariya" - "Real Madrid" oyununda hesab açılıb.
Oyunun birinci dəqiqəsində Arda Gülər hesabı açıb - 0:1.
23:00
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.
İdman.Biz xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilir.
İspaniya təmsilçisi "Real Madrid" səfərdə Almaniyanın "Bavariya" klubunun qonağıdır.
İngiltərənin "Arsenal" komandası isə doğma meydanda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gəlir.
09:10
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
İspaniya təmsilçisi "Real Madrid" səfərdə Almaniyanın "Bavariya" klubunun qonağı olacaq. İngiltərənin "Arsenal" komandası isə doğma meydanda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 2:1
Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.