"Atletik" "Qarabağ"la oyunda üçüncü qolunu vurub.
İdman.Biz bildirir ki, 88-ci dəqiqədə Quruzeta üçüncü topu Ağdam klubunun qapısından keçirib - 3:1.
22:16
"Atletik" "Qarabağ"la matçda ikinci qolunu vurub.
İdman.Biz bildirir ki, 70-ci dəqiqədə Navarro topu Ağdam klubunun qapısından keçirib - 2:1.
21:50
"Atletik" - "Qarabağ" oyununda ikinci hissə start götürüb.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra hesab bərabərdir - 1:1.
21:35
"Atletik" - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra hesab 1:1-dir.
21:27
"Atletik" - "Qarabağ" oyununda hesab bərabərləşib.
İdman.Biz bildirir ki, Quruzeta 40-cı dəqiqədə topu Ağdam klubunun qapısından keçirib.
20:48
"Atletik" - "Qarabağ" oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, Leandro Andrade birinci dəqiqədə meydan sahiblərini məyus edib.
20:46
UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində "Atletik" - "Qarabağ" oyununa start verilib.
İdman.Biz bildirir ki, Bilbaoda keçirilən qarşılaşmanın baş hakimi İqor Payaçdır.
19:41
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində İspaniyada "Atletik"in qonağı olacaq.
İdman.Biz xəbər verir ki, komandalar saat 20:45-də "San Mames"də keçiriləcək oyuna meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Qarabağ": 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov.
"Atletik": 1. Unay Simon, 17. Yuri Berçiçi, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xarequizar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruzeta
Baş məşqçi: Ernesto Valverde
09:12
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu İspaniyada "Atletik"lə qarşılaşacaq.
"San Mames" stadionunda baş tutacaq matçı xorvatiyalı baş hakim İqor Payaç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırda 6 xalla 10-cu, ilk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı pillədədir.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi II turda, Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.