"Əl-Hilal" "Çelsi"nin hücumçusu Pedro Netonu transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavoleri sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu 26 yaşlı cinah oyunçusu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. "Çelsi" də portuqaliyalı ilə yollarını ayırmağa hazırdır. London klubu oyunçu üçün təxminən 60 milyon avro tələb edir.
Tərəflər danışıqları davam etdirir. "Əl-Hilal" rəhbərliyi ingilislərlə razılığa gələcəklərinə əmindirlər.