top
Cavid Hüseynov: “Normal komanda formalaşdırmaq üçün 300 min manat kifayət etmir” Sport24.az
10 iyun 2024, 15:40
- ↺ +

Cavid Hüseynov: “Normal komanda formalaşdırmaq üçün 300 min manat kifayət etmir”

Dünən "ASCO Arena"da I Liqada pley-offun ilk matçı keçirildi.  "Cəbrayıl" - "Araz Saatlı" oyununda sevinən tərəf meydan sahibləri oldular. Cavid Hüseynovun komandası 2 cavabsız qolla qalib gəlməklə I Liqaya yüksəlmək yönündə önəmli addım atdı. Qarşılaşmadan sonra "Cəbrayıl"ın baş məşqçisi Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Nəticədən və oyundan razı qaldız?
- Açığı, sərgilədiyimiz oyundan razı qalmadım. Komanda istədiyim oyunu meydanda tam sərgiləyə bilmir. Faizlə götürsək oyun planında istədiyimin 30 faizini görürəm. Çatışmazlıqlar çoxdu. Amma nəticədən razı qaldım, vacib qələbə qazandıq.



- Bu gün bəxt də sizin tərəfinizdə oldu...
- Rəqib kifayət qədər güclü komandadı.
Onların heyətində keyfiyyətli yerli və legioner futbolçular var. Bəxt amili futbolda həmişə rol oynayır. Düşünürəm ki, Saatlı təmsilçisinin bu gün yetərincə qol şansları oldu. Sadəcə, qapı tiri iki dəfə bizi xilas etdi. İstənilən halda güclü rəqiblə oynayıb, qalib gəldik. Əlbəttə ki, hələ heç nə bitməyib. Bir həftə sonra bizi rəqib meydanında olduqca çətin cavab matçı gözləyir.


- Siz həmişə təcrübəli oyunçuların xidmətində maraqlı olmusuz. I Liqaya yüksələcəyiniz halda yenə bu xətti davam etrəcəksiz?
- Hər zaman demişəm və yenə təkrarlayıram: istər meydanda, istər paltardəyişmə otağında, istərsə də meydandan kənarda hər zaman təcrübəli, nüfuzlu futbolçuya ehtiyac var. Bu gün heyətimizdə Ruslan Əmircanov, Elvin Məmmədov kimi təcrübəli oyunçuların olması bizim üçün çox əhəmiyyətlidi. Baxın, Ruslanın 39 yaşı olmasına baxmayaraq, bu gün 90 dəqiqədə işinin öhtəsindən gəldi. Bir qolun da ötürməsini verdi. Oyuna sonradan qoşulan Elvin də qələbəmizdə pay sahibi oldu. Təbii ki, onların xidmətindən I Liqadada yararlanmaq istəyərdim. Amma hər şey məndən asılı deyil. Futbolçuların istəyini də nəzərə almaq lazımdı.  

 

- 3 il əvvəl yaranan "Cəbrayıl"ın qısa vaxtda bura qədər gəlib çıxacağınızı gözləyirdiz?
- Doğma Cəbrayılımızn komandasını yaradarkən qarşıma böyük hədəflər qoymuşdum. Məqsədim günbəgün peşəkarlaşmaq idi. Bu gün xoşbəxtəm ki, sıfırdan klub yaratdım və ilk ilimizdə Region Liqasında çempion olduq. Ardınca növbəti mövsüm maliyyə sıxıntılarına görə yüksək yerləri tuta bilmədik. Sonra "Şamaxı"ya keçdim. Şükürlər olsun, hər şey qaydasındadı, bəlli istiqamətdə irəliləyirik. Hələ heç nəyə nail olmamışıq. Ömür vəfa etsə, "Cəbrayıl"ı zirvələrə daşımaq istəyirəm.

 

- Elitada "Şamaxı"nın baş məşqçisi olduz. Amma komanda I Liqaya yuvarlandı. Bir müddət "Cəbrayıl"dan uzaq düşməyinizə görə peşman deyilsiz?
- Xeyr, peşman deyiləm. "Cəbrayıl"ın baş məşqçisi kimi düşərgədən ayrıldım. Klub prezidenti kimi isə işimə davam edirdim. "Şamaxı"ya getməyib burda qalıb komandanı çempion etsəm belə yenə peşəkar liqada çıxış etmək şansımız yox idi. Çünki həmin vaxt reqlament fərqli idi.  

 

- Artıq I Liqanın bir addımlığındasız. Uğur qazansaz, sponsor məsələsini necə həll edəcəksiz? Cəbrayıl İcra Hakimiyyətinə, iş adamlarına müraciət etmisiz?
- Müasir futbolda maliyyə önəmli faktordu. Yaranan gündən maliyə sıxıntımız olub. Bu gün də eyni vəziyyətdəyik. Buna rəğmən əlimizdən gələni edirik ki, ayaqda qalaq. Əlbəttə ki, rayonun icra hakimiyyəti, deputatları və imkanlı iş adamlarıyla danışıqlar aparırıq. Ümid edirəm ki, gələcəkdə bu sahədə bəxt üzümüzüə güləcək. Amma gəlin, hələlik I Liqadan çox danışmayaq. Çünki qarşıda bizi cavab qarşılaşması gözləyir.

- Necə düşünürsüz, I Liqa təmsilçilərinə AFFA tərəfinfən ayrılan maddi yardımın miqdarı artırılmalıdı, yoxsa indi verilən vəsait bəs edir?
- Birmənalı şəkildə artırılmalıdı. Bildiyimə görə, bu məsələ ciddi müzakirə predemtidi və artımın olacağı gözlənilir. Futbol saniyəbəsaniyə inkişaf edir. Odur ki, bu günün futbol xərclərini nəzərə alsaq, normal komanda formalaşdırmaq üçün 300 min manat kifayət etmir.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Oxşar xəbərlər