top
Cahangir Fərəcullayev: Yeni texnologiyalar milli komandalara uyğun oyunçu seçimində kömək edəcək Idman.biz
02 aprel 2026, 12:08
- +

Cahangir Fərəcullayev: Yeni texnologiyalar milli komandalara uyğun oyunçu seçimində kömək edəcək

"Mövcud problemlərdən biri də bəzən milli komandaların səviyyəsinə uyğun olmayan futbolçuların dəvət olunması ilə bağlıdır".

İdman.Biz xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması "Eyeball" şirkəti ilə müqavilənin imzalanma mərasimində bildirib.

Qurum rəsmisi bu əməkdaşlığın Azərbaycan futbolu üçün çox faydalı olacağını deyib:

"Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq müasir texnologiyalar futbol sisteminə inteqrasiya olunur və bu yeniliklər gənclər futboluna da tətbiq ediləcək. Yarışlar zamanı stadionlara kameralar quraşdırılacaq və oyunların detallı analizi aparılacaq. Beləliklə, turdan-tura oyunçular barədə geniş bir məlumat bazası formalaşacaq. Bu da hər bir futbolçunun performansını obyektiv şəkildə qiymətləndirməyə imkan verəcək.

Mövcud problemlərdən biri də bəzən milli komandaların səviyyəsinə uyğun olmayan futbolçuların dəvət olunması ilə bağlıdır. Yeni yaradılacaq bu məlumat bazası isə hansı oyunçuların həqiqətən milli səviyyəyə uyğun olduğunu daha aydın göstərəcək. Eyni zamanda bu sistem Avropa və dünya skautları üçün də əlçatan olacaq. Onlar futbolçuları daha yaxından izləyə, performanslarını analiz edə və vaxtı çatanda öz klublarına cəlb edə biləcəklər. Nəticə etibarilə bu yeniliklər ölkə futbolunun inkişafına mühüm töhfə verəcək".

Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
14 sentyabr 2026, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
14 sentyabr 2026, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
14 sentyabr 2026, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
14 sentyabr 2026, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
14 sentyabr 2026, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Oxşar xəbərlər