Ən böyük problem uşaq və gənclər futbolu ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması "Eyeball" şirkəti ilə müqavilənin imzalanma mərasimində bildirib.
Qurum rəsmisi bu əməkdaşlığın Azərbaycan futbolu üçün çox faydalı olacağını deyib:
"Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq".
Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.