top
Bundesliqanın qol statistikası - ARAŞDIRMA İdman.biz
21 may 2024, 17:01
- ↺ +

Bundesliqanın qol statistikası - ARAŞDIRMA

Almaniya Bundesliqasının növbəti mövsümünə yekun vurulub.

İdman.biz cari mövsümdə Bundesliqanın qol statistikasını nəzərdən keçirib.

Ölkənin 18 ən güclü klubu mövsüm ərzində çempionatda keçirilən 306 oyunda ümumilikdə 985 qol vurub. Bu, orta hesabla hər oyuna 3,22 qol deməkdir. Komandaların birlikdə mövsümdə 1000 qola yetişməsinə 15 qol çatmayıb.

Hazırkı nəticə əvvəlki mövsümlə müqayisədə 14 qol çoxdur. 2022/2023 mövsümündə 971 qol vurulmuşdu.

Cari mövsümdə qolların 56,1 faizini (553) meydan sahibləri, 43,9 faizini (432) qonaqlar vurublar. Ötən mövsümlə müqayisədə ev qolları azalıb, səfər qolları artıb. 2022/2023-cü illər mövsümündə meydan sahibləri 568, qonaqlar 403 qol vurmuşdular.

34 turda ortalama hər tura 28,97 qol vurulub. Ən çox qol 9-cu (42), ən az isə 17-ci (18) turda vurulub. Bu oyunlarda ən çox qol 25-ci turda "Bavariya" – "Mayns" (8:1) qarşılaşmasında vurulub. Ən böyük hesablı qələbəni "Bavariya" 9-cu turda "Darmştadt" üzərində (8:0) qazanıb. Ən böyük səfər qələbəsi isə "Auqsburq" və "Hoffenhaym" qazanıblar (0:6). Hər iki oyunda uğursuz ev sahibi "Darmştadt" olub.

Bu mövsüm vurulan qolların 9,54 faizi 33-qat ölkə çempionu, bu dəfə isə tarixində 6-cı dəfə bürünc medalla kifayətlənən "Bavariya"nın hesabındadır. Münhen klubu 94 qolla mövsümün rekordçusudur (hər oyuna orta – 2,76). Komanda özünün ötənilki göstəricisini 2 qol yüksəltsə də, 4 il əvvəlki 100 qol həddinə çata bilmədi. Bundesliqanın bu sahədə mütləq rekordu isə 1971/1972-ci illər mövsümündə Gerd Müllerli "Bavariya"ya məxsusdur – 101 qol.

Son 8 ildə ilk dəfə mövsümdə ən çox qol vuran komanda çempion olmayan klub oldu. Sonuncu dəfə 2015/2016-cı illər mövsümündə gümüş mükafatçı Dortmund "Borussiya"sı 82 qolla çempion "Bavariya"nı 2 top üstələmişdi.

Bu dəfə çempion "Bayer" 89 qolla (2,62) ikinci nəticəyə sahib oldu. Bununla belə leverkuzenlilər özlərinin keçənilki nəticəsindən bu dəfə 32 qol çox vurublar.

Ev qollarında "Bavariya" 53 qolla (hər oyuna orta – 3,12) birinci, "Ştutqart" 50 qolla (2,94) ikincidir. Çempionun evdə 47 qolu (2,76) var. "Bavariya" ötən mövsümdə də evdə 53 qol vurmuşdu. Ancaq o zaman ən yaxşı 55 ev qoluna malik Dortmund "Borussiyası" idi.

Səfər qolu vuranların 42 qolla lideri olan "Bayer" (2,47) "Bavariya"nı (2,41) 1 qol qabaqlayır. Səfər qollarının mütləq rekordunu 2 il öncə "Bavariya" göstərmişdi – 49 qol.

Ötən mövsümlə müqayisədə Bundesliqa klubları səfər qollarına görə xeyli irəliləyiş ediblər. Bir il öncə evdə 39 qol vurmuş "Bavariya" bu sahədə ən yaxın təqibçisi Dortmund "Borussiya"sını 11 qol qabaqlayırdı.

Bu mövsüm ən az qol vuranlar "Köln" (28 – orta-0,82) və "Darmştadt"dır (30 – 0,88). Bu iki autsayder evdə qol vuranların da ən zəifidirlər. Onların hər biri cəmisi 15 dəfə fərqlənib. Səfərdə qol vurmağa daha çox çətinlik çətinlik çəkən isə Berlin "Union"udur (11 – 0,65).

Bu mövsüm qapısını ən yaxşı qoruyan "Bayer"dir. 34 oyuna 24 qol (0,7) buraxan leverkuzenlilər "Ştutqart" və "Leypsiq"i 15 top qabaqlayırlar. "Bayer" evdə (11 – 0,65) və səfərdə (13 – 0,76) də ən yaxşı müdafiə olunan komandadır.

Müdafiənin zəiflərinə gəldikdə, "Darmştadt" qapısında 86 (2,53), "Bohum" 74 qol (2,17) görüb. Evdə ən zəif müdafiəyə "Darmştadt" (44 – 2,58) səfərdə "Bohum" (45 – 2,65) malikdir.

Top fərqinə gəldikdə, "Bayer" +65 göstərici ilə liderdir. "Bavariya"da bu rəqəm +49-dur. Ümumiyyətlə, bu mövsüm Bundesliqada cəmi 6 klub müsbət qol balansına malikdir. Ən aşağı göstərici "Darmştadt"dadır (-56).

Top fərqində evdə daha yaxşı olan "Bavariya" (+41) "Bayer"i 5 top qabaqlayır. "Darmştadt"da isə mənfi balans 29-dur.

Səfərdə +29 göstəriciyə malik "Bayer"ə ən yaxın olanlar cəmisi +10 balansı olan Dortmund "Borussiya"sı və "Leypsiq"dir. Autsayder isə -29 ilə "Bohum"dur.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Oxşar xəbərlər