top
Bundesliqa: Ştutqart və Maynzdan qələbələr, Uniondan sensasiya - YENİLƏNİB Idman.biz
16 mart 2026, 00:56
- ↺ +

Bundesliqa: "Ştutqart" və "Maynz"dan qələbələr, "Union"dan sensasiya - YENİLƏNİB

Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində turnir cədvəlinin üst sıralarını maraqlandıran prinsipial qarşılaşma baş tutub. "Ştutqart" öz meydanında "Leyptsiq"i qəbul edib və minimal hesablı qələbəyə sevinib - 1:0.

İdman.Biz xəbər verir ki, gərgin keçən matçın taleyi ikinci hissədə həll olunub. Oyunun 56-cı dəqiqəsində Deniz Undav rəqib qapısına yol taparaq meydan sahiblərini önə keçirib. Qalan vaxt ərzində hesab dəyişməyib və bu qol "Ştutqart"a qızıl dəyərində üç xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 50-yə çatdıran "Ştutqart" Bundesliqada dördüncü pillədəki mövqeyini möhkəmləndirib. 47 xalı olan "Leyptsiq" isə beşinci yerdə qərarlaşıb.

23:44

Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində keçirilən "Frayburq" - "Union" qarşılaşması dramatik sonluqla yekunlaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matçda qələbəni qonaqlar qazanıblar - 1:0.

İdman.Biz xəbər verir ki, oyunun böyük hissəsində tərəflər qapılara yol tapa bilməyiblər. Matçın taleyi hakim tərəfindən əlavə olunmuş vaxtda həll olunub. 90+2-ci dəqiqədə səhnəyə çıxan Çon U Yon dəqiq zərbə ilə "Union"u önə keçirərək komandasına səfər qələbəsini gətirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran Berlin klubu turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. 34 xalı olan "Frayburq" isə məğlubiyyətə baxmayaraq, səkkizinci mövqedəki yerini qoruyub.

20:43

Almaniya Bundesliqasının 26-cı turunda "Maynz" səfərdə "Verder"in qonağı olub. Görüş qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Maynz" matça sürətli başlayıb və artıq altıncı dəqiqədə Paul Nebelin vurduğu qolla hesabı açıb. İkinci hissənin əvvəlində, 52-ci dəqiqədə isə Li Ce Son fərqi ikiyə çatdıraraq komandasının qələbəsini rəsmiləşdirib.

Bu qalibiyyətdən sonra xallarının sayını 27-yə çatdıran "Maynz" dörd oyunluq qələbəsizlik seriyasını qıraraq Bundesliqada 13-cü pilləyə yüksəlib. 25 xalda qalan "Verder" isə 15-ci mövqeyə enib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:12

Rövşən Nəcəf: “Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır” - FOTO

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Digər
Bu gün, 12:49

Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Oxşar xəbərlər