top
Bundesliqa: Hoffenhaym qələbə qazandı, Bavariya geri döndü, digər oyunların nəticələri Idman.biz
25 aprel 2026, 23:13
- ↺ +

Bundesliqa: "Hoffenhaym" qələbə qazandı, "Bavariya" geri döndü, digər oyunların nəticələri

Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində "Hoffenhaym" səfərdə "Hamburq"un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Hoffenhaym"ın heyətində hücumçular Fisnik Asllani 18-ci dəqiqədə, Tim Lemperle isə 45-ci dəqiqədə fərqləniblər. "Hamburq"un yeganə qoluna 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Robert Qlattsel imza atıb.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Hoffenhaym" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 31 xalı olan "Hamburq" isə 14-cü yerdədir.

20:01

Almaniya Bundesliqasının 31-ci turunda "Bavariya" səfərdə "Maynts" ilə qarşılaşıb. Münhen təmsilçisi 0:3 hesabı ilə geridə olduğu matçda əzmkar qələbə qazanaraq meydanı 4:3 hesablı üstünlüklə tərk edib.

İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsi meydan sahiblərinin mütləq üstünlüyü ilə keçib. "Maynts"ın heyətində Dominik Kor (15-ci dəqiqə), Paul Nebel (29-cu dəqiqə) və Şeraldo Bekker (45+2-ci dəqiqə) fərqlənərək hesabı 3:0 ediblər.

Lakin ikinci hissədə erkən çempionluğunu rəsmiləşdirmiş münhenlilər inanılmaz geri dönüşə imza atıblar. 53-cü dəqiqədə Nikolas Cekson, 73-cü dəqiqədə Maykl Olise fərqi minimuma endirib. Camal Musiala 80-ci dəqiqədə bərabərlik qolunu vurduğu halda, 83-cü dəqiqədə Harri Keyn "Bavariya"ya qələbə qazandıran topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 82-yə çatdıran "Bavariya" turnir cədvəlinə başçılıq edir. 34 xalı olan "Maynts" isə 10-cu pillədə qərarlaşıb.

Növbəti turda münhenlilər mayın 2-də "Haydenhaym"ı qəbul edəcək, "karnavalçılar" isə bir gün sonra səfərdə "Sankt-Pauli"nin qonağı olacaqlar.

19:33

Almaniya Bundesliqasının 31-ci turunda "Bayer" səfərdə "Köln" ilə üz-üzə gəlib. Qarşılaşmanın 43-cü dəqiqəsinə qədər hesab açılmayıb.

İdman.Biz xəbər verir ki, cərimə meydançasında əllə oyuna görə təyin edilmiş penaltini Patrik Şik dəqiq yerinə yetirərək qonaqları önə keçirib. İkinci hissənin əvvəlində leverkuzenlilər üstünlüklərini artırıblar. Şik mərkəzdən ötürülən topu texniki vuruşla qapıdan keçirərək dublunu rəsmiləşdirib.

Meydan sahibləri 77-cü dəqiqədə fərqi azaltsalar da, bu, yekun nəticəyə təsir etməyib. Valdşmidt rəqib müdafiəçilərin səhvindən yararlanaraq hesabı 1:2 edib.

"Bayer" səfərdə qazandığı bu qələbə ilə xallarını 55-ə çatdırıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.

Hazırda leverkuzenlilər turnir cədvəlində beşinci, "Köln" isə 13-cü pillədə qərarlaşıb.

Paralel keçən oyunda "Haydenhaym" öz meydanında "Sankt-Pauli"ni qəbul edib. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın üçüncü dəqiqəsində Budu Zivzivadze rəqib qapısına yol tapıb. Oyunun 82-ci dəqiqəsində "Haydenhaym" üstünlüyünü artırıb. Diant Ramayın məhsuldar ötürməsini Eren Dinkçi qolla tamamlayaraq matçda son nöqtəni qoyub.

Hazırda 22 xalı olan "Haydenhaym" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 26 xalı olan "Sankt-Pauli" isə 16-cı yerdədir.

"Auqsburq" və "Ayntraxt" arasında keçirilən oyunda isə xallar bölünüb - 1:1.

Meydan sahibləri fasiləyə qədər önə keçməyi bacarıblar. Qolun müəllifi Anton Kade olub. Qarşılaşmanın 66-cı dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Can Uzunun ötürməsindən sonra Ritsu Doan fərqlənib.

Hazırda 37 xalı olan "Auqsburq" Bundesliqa cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Ayntraxt"ın isə 43 xalı var və yeddinci yerdədir.

Digər oyunda "Volfsburq" öz meydanında Münhenqladbax "Borussiya"sını qəbul edib. Komandalar bir-birinin qapısına yol tapa bilməyiblər və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda 25 xalı olan "Volfsburq" Bundesliqa cədvəlində 17-ci pillədə qərarlaşıb. "Borussiya"nın isə 32 xalı var və 11-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər