top
Bundesliqa: Frayburq - Volfsburq heç-heçə etdi, Borussiya məğlub oldu, Mayns qələbə qazandı Idman.biz
03 may 2026, 23:46
- ↺ +

Bundesliqa: "Frayburq" - "Volfsburq" heç-heçə etdi, "Borussiya" məğlub oldu, "Mayns" qələbə qazandı

Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində "Frayburq" və "Volfsburq" komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşdə tərəflər hərəyə bir xalla kifayətlənməli olublar və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində komandalar fərqlənə bilməyiblər. Hesab ikinci hissədə, matçın 55-ci dəqiqəsində açılıb. Kristian Eriksenin ötürməsindən sonra Konstantinos Kulierakis qonaqları önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar. Görüşün 75-ci dəqiqəsində Yohan Manzambinin ötürməsini qola çevirən Filipp Linhart tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Volfsburq" Bundesliqanın turnir cədvəlində 16-cı pilləyə yüksəlib. Aktivində 44 xalı olan "Frayburq" isə yeddinci yerdə qərarlaşıb.

22:04

Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində Dortmund "Borussiyası" səfərdə Münhenqladbax "Borussiyası"nın qonağı olub. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qolu 88-ci dəqiqədə Haris Tabakoviç rəqib qapısından keçirib.

Bu, dortmundluların son dörd oyunda aldığı üçüncü məğlubiyyətdir. Aktivində 67 xalı olan Dortmund təmsilçisi Bundesliqada ikinci pillədə qalır. Münhenqladbax klubu isə xallarının sayını 35-ə çatdıraraq 11-ci yerə yüksəlib.

20:06

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir. "Sankt-Pauli" doğma meydanda "Mayns" komandasını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Mayns" matçın altıncı dəqiqəsində hesabı açıb. Şeraldo Bekerin ötürməsindən sonra Fillip Tits topu rəqib qapısından keçirib. 40-cı dəqiqədə meydan sahibləri qapısında ikinci qolu görüblər. Bu dəfə Silvan Vidmerin assistentliyi ilə Filipp Mvene fərqlənib.

"Sankt-Pauli" oyunun sonlarında fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. 88-ci dəqiqədə Abduli Sisey təsəlli qoluna imza atıb.

Bu qələbədən sonra xallarının sayını 37-yə çatdıran "Mayns" turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Aktivində 26 xalı olan "Sankt-Pauli" isə 16-cı yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:41

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Oxşar xəbərlər