top
Bundesliqa: 30-cu turda Borussiya dramı, Bavariyanın çempionluğu və digər nəticələr Idman.biz
19 aprel 2026, 23:59
- ↺ +

Bundesliqa: 30-cu turda "Borussiya" dramı, "Bavariya"nın çempionluğu və digər nəticələr

Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində Münhenqladbax "Borussiya"sı öz meydanında "Mayns"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesab yeddinci dəqiqədə açılıb. Uqo Bolinin ötürməsindən sonra Cozef Skalli meydan sahiblərini önə çıxarıb.

Qarşılaşmanın sonuna qədər üstünlüyünü qoruyan "Borussiya" qələbəni bayram etməyə hazırlaşarkən, "Mayns" dramatik şəkildə tarazlığı bərpa edib. Hakim tərəfindən əlavə olunmuş vaxtda təyin edilən penalti zərbəsini Nadim Amiri dəqiq yerinə yetirərək qonaqlara bir xal qazandırıb.

Bu nəticədən sonra Münhenqladbax təmsilçisi 31 xalla Bundesliqa cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Aktivində 34 xal olan "Mayns" isə 10-cu sıradadır.

Qeyd edək ki, komandalar arasında mövsümün ilk dövrəsində keçirilən oyunda "Borussiya" 1:0 hesabı ilə qalib gəlmişdi.

21:38

"Bavariya" Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında "Ştutqart"ı qəbul edib. Gərgin keçən qarşılaşma münhenlilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin qollarını Rafael Gerreyru, Nikolas Cekson, Alfonso Devis və Harri Keyn vurublar. Qonaqların heyətində isə Kris Fürix və Çema Andres fərqlənməyi bacarıblar.

Bu qələbədən sonra xallarının sayını 79-a çatdıran "Bavariya" mövsümün başa çatmasına dörd tur qalmış çempionluğunu elan edib. Bununla da Münhen təmsilçisi tarixində 35-ci dəfə Almaniyanın ən güclüsü adını qazanıb. "Qırmızılar" bu göstərici ilə ölkə rekordunu yeniləyiblər.

19:56

"Frayburq" Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında "Haydenhaym"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun 24-cü dəqiqəsində Yoan Manzambi "Frayburq"u hesabda irəli çıxarıb. Qonaqlar 58-ci dəqiqədə Budu Zivzivadzenin qolu ilə tarazlığı bərpa etsələr də, 83-cü dəqiqədə Maksimilian Eqqeştayn vurduğu qolla komandasına üç xal qazandırıb.

Bununla da bütün turnirlər daxil olmaqla qələbə seriyasını dörd matça çatdıran "Frayburq" xallarını 43-ə yüksəldərək turnir cədvəlində yeddinci sıraya qalxıb. 19 xalı olan "Haydenhaym" isə sonuncu - 18-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Oxşar xəbərlər