top
Bukmekerlər Qarabağın Çempionlar Liqasının pley-offuna yüksəlməsinə inamı az qala itiriblər Idman.biz
27 yanvar 2026, 14:13
- +

Bukmekerlər "Qarabağ"ın Çempionlar Liqasının pley-offuna yüksəlməsinə inamı az qala itiriblər

Bir çox bukmeker kontorlarında "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi mövzusu faktiki olaraq formal xarakter alıb və ya ümumiyyətlə bu cür mərc etmək imkanı aradan qalxıb.

İdman.Biz xəbər verir ki, Rusiya bukmeker kontorlarından birində Ağdam klubunun top-24-ə düşməsi ilə bağlı mərc xəttdən çıxarılıb, əks nəticə (top-24-ə düşməyəcək) isə fantastik 130,0 əmsalı ilə qiymətləndirilib. Yəni "Qarabağ"ın pley-offa vəsiqə qazana bilməməsi ehtimalı praktiki olaraq qeyri-real hesab olunur. Bu, yalnız o halda mümkündür ki, "Qarabağ" "Enfild"də məğlub olsun və onun bütün birbaşa rəqibləri (onların sayı təxminən ondur) qələbə qazansın.

Bununla belə, bəzi bukmeker kontorları Ağdam təmsilçisinin top-24-ə düşməsi ilə bağlı mərci hələ də saxlayır. Lakin oradakı əmsallar o qədər aşağıdır ki, bu seçimi sərfəli etmir.

Bukmekerlərin "Liverpul" - "Qarabağ" qarşılaşmasının nəticəsi ilə bağlı mərclərinə gəlincə, Arne Slotun komandasının aşkar favorit olduğu görünür. Belə ki, "mersisaydlılar"ın qələbəsinə verilən əmsallar orta hesabla 1,12–1,14 aralığında dəyişir. Heç-heçəyə mərclər 9,00–11,00 civarındadırsa, "Qarabağ"ın qələbəsi 19,0-23,0 əmsalı ilə qiymətləndirilir.

Bu əmsalları faiz nisbətinə çevirsək, bukmekerlər "Liverpul"un qələbə şansını təxminən 87-89 faiz, heç-heçə ehtimalını 9-11 faiz, Ağdam klubunun qələbə şansını isə təqribən 4–5 faiz səviyyəsində dəyərləndirirlər.

Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində "Liverpul" – "Qarabağ" oyunu çərşənbə günü, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

@idman.biz Bir çox bukmeker kontorlarında "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi mövzusu faktiki olaraq formal xarakter alıb və ya ümumiyyətlə bu cür mərc etmək imkanı aradan qalxıb. #futbol️ #qarabağfk #uefachampionsleague #qarabagfk Idman və Biz - orijinal ses - Idman və Biz
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər