Bu gün Avropa Liqasında həlledici qarşılaşma keçiriləcək. Sport24.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirini qazanmaq uğrunda matçda "Atalanta" ilə "Bayer"i üz-üzə gələcək. Görüş İrlandiyanın paytaxtı Dublində baş tutacaq.
Cari mövsümdə məğlub olmayan Xavi Alonsonun komandası Bundesliqa çempionluğunun ardından növbəti titula yiyələnmək niyyətindədir. Yeganə titulu 61 il əvvəl qazanılan İtaliya kuboku olan Berqamo təmsilçisi Avropada ilk uğuru əldə etməyə çalışacaq.
Qeyd edək ki, Avropa Liqasının qalibi avqustun 24-də keçiriləcək UEFA Superkubokuna da vəsiqə qazanacaq.
Avropa Liqası
Final
22 may
23:00. "Atalanta" – "Bayer"
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Dublin. "Aviva" stadionu