FİFA-nın keçmiş prezidenti Yozef Blatter federasiyanın hazırkı rəhbərliyini və təşkilatın son illərdə seçdiyi kursu tənqid edib.
İdman.biz "The Athletic"ə istinadən xəbər verir ki, o, bir sıra problemləri qabardıb.
Blater bildirib ki, bu gün futbolu Səudiyyə Ərəbistanına uduzublar: "Onlara oyun təklif etdilər və aldılar. Təəccüblüdür ki, FİFA-nın özündə buna qarşı heç bir müqavimət yoxdur. Futbol oyunları çoxalıb. Eyni oyunçular, klublar dincəlmədən əziyyət çəkirlər. Bütün yay klublararası dünya çempionatını müşayiət edən həddindən artıq istilər sağlamlığa zərərlidir və qəbuledilməzdir".
İdman.biz