top
Ülvi İsgəndərov: Aris səddini keçmək istəyirik - MÜSAHİBƏ Idman.biz
14 iyul 2025, 17:41
- ↺ +

Ülvi İsgəndərov: "Aris" səddini keçmək istəyirik - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərovun Sportal.az saytına müsahibəsi

- "Araz-Naxçıvan"ın toplanışı davam edir. Hazırda məşqlər necə gedir, sizi narahat edən nəsə var?

- Bəli, toplanışımız yaxşı gedir. Gündə 2 dəfə məşq edirik. Hər şey qaydasındadır, bizi narahat edən nəsə yoxdur. Yeni mövsümün hazırlıqlarına davam edir.

- Komanda ilk yoxlama görüşündə "Bayburtspor"a 14:0 qalib gəldi. "Alanyaspor"la ilə isə 0:0 oynadınız. Superliqa klubuna qarşı görüş daha həyəcanlı idi?

- Əlbəttə ki, Superliqa komandasına qarşı oynamaq daha yaxşıdır. Belə matçlarda gücümüzü sınamaq bizim üçün yaxşıdır. Hər iki görüşdə də əlimizdən gələni etdik.

- "Araz-Naxçıvan" bu yay transfer bazarında ən aktiv klub idi, heyət də gücləndi. İndiki "Araz-Naxçıvan" ötən mövsümkü komandadan daha güclüdür?

- Təbii ki, yaxşı transferlər etmişik. Yeni gələn futbolçular da artıq komandaya adaptasiya olur. Düzdür, ötən mövsüm komanda olaraq yaxşı iş ortaya qoymuşduq. Amma bunu unutmaq lazımdır. Yeni mövsümə köklənmək gərəkdir. Düşünürəm ki, 2025/2026 mövsümündə "Araz-Naxçıvan" daha yaxşı olacaq.

- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq olunmayacaq, sizin komandada isə rəqabət yüksəkdir. Şəxsən özünün oynamaq şanslarını necə dəyərləndirirsən?

- Limitlə bağlı nəsə deməyim düzgün çıxmaz. Çünki artıq qərar verilib. Artıq rəqabətin olması çox yaxşıdır. Kim yaxşıdır, kim formada olacaq, o da oynayacaq.

- Toplanışda son rəqibiniz "Trabzonspor" olacaq. Yoxlama görüşü olsa belə, bu matç haqda fikrin necədir? "Aris" oyunuöncəsi son matçınız olacaq. "Trabzonspor"la görüş "Aris"lə oyuna nə qədər hazır olduğunuzu göstərəcək...

- "Aris" oyunu öncəsi "Trabzonspor" kimi komanda ilə yoldaşlıq oyunu oynamaq əlbəttə ki, çox yaxşıdır. Düşünürəm ki, "Aris"lə matça qədər tam hazır olacağıq. İndi bütün fikrimiz məşqlərdə və növbəti görüşlərdədir.

- Futbol ictimaiyyətində avrokuboklardakı təmsilçilərimizdən mərhələ adlamaq şansı ən az görülən "Araz-Naxçıvan"dır. Səncə, "Aris" səddini keçə biləcəksiz?

- Komanda olaraq "Aris"lə matça köklənmişik. Mərhələ adlamaq istəyirik. Şansları necə dəyərləndirməyimə gəldikdə, futboldur da, hər şey ola bilər. "Aris"lə matçlarda şanslarımızı 50/50 kimi dəyərləndirirəm. Oyuna qədər tam hazır olub "Aris" səddini keçmək istəyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- "Aris" haqda heç özün maraqlanmısan?

- Məşqçilər korpusumuz "Aris" haqda bizə məlumatlar verir. Biz özümüz də onların oyunlarını izləyib, analiz edirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər