top
U-18 qızlardan ibarət basketbol yığmamızın Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur Idman.biz
14 iyul 2025, 18:22
- +

U-18 qızlardan ibarət basketbol yığmamızın Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur

"Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət yığmasının Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

O, Avropa çempionatında ən gənc komanda ilə mübarizə apardıqlarını söyləyib: "İlk dəfə qızlardan ibarət U-18 komandamız B divizionunda mübarizə apardı. Qrupda ilk iki komandadan biri ola və "8-liy"ə düşə bilmədik. Amma ümumilikdə yarışı dörd qələbə ilə tamamlamağımızı və Avropanın ən güclü 12 komandası arasında yer almağımızı uğur kimi qiymətləndirirəm. Bizə gələcək üçün ümid verən nəticədir. Bunu da qeyd edim ki, yarışda ən gənc komanda ilə mübarizə apardıq. 2007-2008 təvllüdlü basketbolçularla yanaşı, iki nəfər 2009 və 2010, bir nəfər 2011 təvəllüdlü oyunçuya da şans verdik. Bu da gələcək üçün önəmli işarədir. Başda Evren Alkaya olmaqla bütün məşqçilər korpusunu və idmançıları təbrik edirəm. Gələcəkdə bizi gözəl günlərin gözlədiyini düşünürəm".

Qurum rəsmisi U-16-nın Avropa çempionatındakı nəticələrinə də toxunub: "Təəssüf ki, 16 yaşadək oğlan basketbolçulardan ibarət komandadan istədiyimiz nəticəni ala bilmədik. Bu nəsillə bağlı bəzi problemlərin olduğunu və rotasiya baxımından sıxıntı yaşadığımızı yarışa qatılmadan öncə də bilirdik. Komanda 2010 təvəllüdlü basketbolçulardan ibarətdir. Təbii ki, daha yaxşı nəticəyə imza atmaq istərdik. Qrupda oyunlarını heç izləmədiyimiz Andorraya məğlub olduq və 4 qələbə ilə beşinci yeri tutduq. Amma bu yarışın xüsusilə 2010 təvəllüdlü basketbolçular üçün önəmli təcrübə olduğunu və növbəti turnirdə daha güclü və iddialı bir U-16 görəcəyimizi düşünürəm. Daha 6 yaş qrupunu inkişaf etdirmək istəyirik. Ümid edirəm ki, hər gələn nəsil öncəkindən daha yaxşı olacaq. Qarşıdakı illərdə U-16-nın daha uğurlu nəticələr imza atacağına inanıram".

Qeyd edək ki, Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatınının C divizionunu 5-ci pillədə tamamlayıb. Qızlardan ibarət U-18 komandası isə B divizionunda 12-ci olub.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:22

Bakı şəhər kros qaçışı çempionatının qalibləri məlum oldu - FOTO

Futbol
Bu gün, 17:16

Dambrauskas: "Qələbədən çox məmnunam"

Basketbol
Bu gün, 17:16

Halil Atlı: İki əsas oyunçumuzun yoxluğu bizə təsir etdi

Futbol
Bu gün, 17:10

Jorj Kaşkilya: "Səhvlərimiz ucbatından böyük hesab qeydə alındı"

Futbol
Bu gün, 17:06

Mərakeşdə dünyanın ən böyük stadionu inşa edilir

Güləş
Bu gün, 16:59

U-23 Avropa Çempionatı: Güləşçilərimiz finalda, 1/4 finalda, 1/8 finalda və bürünc medal uğrunda!

Futbol
Bu gün, 16:54

"İmişli" - "Sabah": Darmadağın Hesabla Qələbə

Futbol
Bu gün, 16:54

"Sabah" "İmişli"ni 5 cavabsız qolla məğlub etdi - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 16:50

"Sabah" "İmişli"ni səfərdə darmadağın edib, liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 16:46

La Liqa: "Real" "Elçe"ni, "Barselona" isə "Sevilya"nı qəbul edir - 28-ci tur icmalı

Basketbol
Bu gün, 16:40

Rimas Kurtinaytis "Sabah" - "Gəncə" oyunundan sonra qələbədən danışıb

Futbol
Bu gün, 16:35

"İmişli" - "Sabah" oyununda hesab dəyişiklikləri - CANLI: "Sabah" üstünlüyü davam edir

Futbol
Bu gün, 16:32

"İmişli" - "Sabah" 0:5 hesabı ilə başa çatıb

Şahmat
Bu gün, 16:26

Ülviyyə Fətəliyeva "IV Women's Chess Championship" beynəlxalq şahmat turnirinin qalibi oldu

Basketbol
Bu gün, 16:22

Azərbaycan Basketbol Liqası: "Sabah" "Gəncə" üzərində qələbə qazanıb, 19-cu tur davam edir

Futbol
Bu gün, 16:12

"İmişli" - "Sabah" oyununda hesab dəyişiklikləri: Parris "Sabah"ı irəli çıxardı - CANLI

Olimpiada
Bu gün, 16:09

Vüqar Əhmədov yenidən Azərbaycan Su İdmanı Növləri Federasiyasının prezidenti seçilib

Futbol
Bu gün, 16:08

"İmişli" - "Sabah" 0:4 Hesabı

Basketbol
Bu gün, 16:06

"Sabah" "Gəncə"ni Azərbaycan Basketbol Liqasında səfərdə məğlub edib, digər oyunlar da keçirilib

Digər
Bu gün, 16:05

ASA rektoru: "İdman jurnalistikası proqramında gözləntilərimiz doğrultmadı"

Futbol
Bu gün, 16:05

"İmişli" - "Sabah" oyununda "Sabah"ın üstünlüyü davam edir - CANLI

Şahmat
Bu gün, 15:57

Ülviyyə Fətəliyeva "IV Women's Chess Championship" beynəlxalq turnirinin qalibi oldu

Futbol
Bu gün, 15:51

"İmişli" - "Sabah" oyununda "Sabah"ın üstünlüyü ilə birinci hissə başa çatıb (0:3)

Futbol
Bu gün, 15:47

"Araz-Naxçıvan" Coşqun Diniyevi "Şamaxı" ilə oyunda itirəcək

Oxşar xəbərlər