"İmişli" futbol komandasının yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 19-da "Araz Naxçıvan-2", 23-də isə "Sumqayıt"la qarşılaşacaq.
"İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan "Karvan", "Qəbələ", "Şəfa", "Şamaxı" və "Sabah-2" ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.