top
Azərbaycan Basketbol Federasiyası: U-18-in Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur Report.az
14 iyul 2025, 17:02
- ↺ +

Azərbaycan Basketbol Federasiyası: U-18-in Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət yığmasının Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

O, Avropa çempionatında ən gənc komanda ilə mübarizə apardıqlarını söyləyib:

"İlk dəfə qızlardan ibarət U-18 komandamız B divizionunda mübarizə apardı. Qrupda ilk iki komandadan biri ola və "8-liy"ə düşə bilmədik. Amma ümumilikdə yarışı dörd qələbə ilə tamamlamağımızı və Avropanın ən güclü 12 komandası arasında yer almağımızı uğur kimi qiymətləndirirəm. Bizə gələcək üçün ümid verən nəticədir. Bunu da qeyd edim ki, yarışda ən gənc komanda ilə mübarizə apardıq. 2007-2008 təvllüdlü basketbolçularla yanaşı, iki nəfər 2009 və 2010, bir nəfər 2011 təvəllüdlü oyunçuya da şans verdik. Bu da gələcək üçün önəmli işarədir. Başda Evren Alkaya olmaqla bütün məşqçilər korpusunu və idmançıları təbrik edirəm. Gələcəkdə bizi gözəl günlərin gözlədiyini düşünürəm".

Qurum rəsmisi U-16-nın Avropa çempionatındakı nəticələrinə də toxunub:

"Təəssüf ki, 16 yaşadək oğlan basketbolçulardan ibarət komandadan istədiyimiz nəticəni ala bilmədik. Bu nəsillə bağlı bəzi problemlərin olduğunu və rotasiya baxımından sıxıntı yaşadığımızı yarışa qatılmadan öncə də bilirdik. Komanda 2010 təvəllüdlü basketbolçulardan ibarətdir. Təbii ki, daha yaxşı nəticəyə imza atmaq istərdik. Qrupda oyunlarını heç izləmədiyimiz Andorraya məğlub olduq və 4 qələbə ilə beşinci yeri tutduq. Amma bu yarışın xüsusilə 2010 təvəllüdlü basketbolçular üçün önəmli təcrübə olduğunu və növbəti turnirdə daha güclü və iddialı bir U-16 görəcəyimizi düşünürəm. Daha 6 yaş qrupunu inkişaf etdirmək istəyirik. Ümid edirəm ki, hər gələn nəsil öncəkindən daha yaxşı olacaq. Qarşıdakı illərdə U-16-nın daha uğurlu nəticələr imza atacağına inanıram".

Qeyd edək ki, Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatınının C divizionunu 5-ci pillədə tamamlayıb. Qızlardan ibarət U-18 komandası isə B divizionunda 12-ci olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Bu gün, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Bu gün, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Bu gün, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Bu gün, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər