Ötən gün başa çatan klublararası dünya çempionatının simvolik komandası hazırlanıb.
İdman.biz xəbər verir ki, siyahıda ən çox oyunçu İngiltərənin paytaxt klubu "Çelsi"yə məxsusdur.
Simvolik komandaya aşağıdakı futbolçular daxil edilib:
Qapıçı: Yassin Bunu ("Əl-Hilal", Səudiyyə Ərəbistanı)
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva ("Fluminense", Braziliya), Mark Kukurelya ("Çelsi")
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Entso Fernandes ("Çelsi"), Pedru Netu ("Çelsi")
Hücumçular: Koul Palmer ("Çelsi"), Xon Arias ("Fluminense"), Qonsalo Qarsiya ("Real Madrid", İspaniya).
Qeyd edək ki, turnirin qalibi "Çelsi" olub. London klubu final matçında PSJ-ni 3:0 hesabı ilə məğlub edib.
İdman.biz