Daniel Sebalyos "Real"ı tərk edə bilər.
İdman.biz xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Betis" maraq dairəsinə düşüb.
Futbolçu özü də bu məlumatı təsdiqləyib. Sebalyos qarşıdakı günlərdə danışıqların yekunlaşacağını bildirib. O, doğma komandasına dönməyin əleyhinə olmadığını vurğulayıb.
Qeyd edək ki, Daniel 2011-2017-ci illərdə "Betis"in sistemdə olub. O, komandanın heyətində 105 matçda 7 qolla yadda qalıb.
İdman.biz