top
Bir sıra klubların futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib Sport24.az
05 mart 2026, 21:26
- +

Bir sıra klubların futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

I Liqada çıxış edən "Mingəçevir", "Şimal" və "Zaqatala", həmçinin II Liqada mübarizə aparan "Ağdaş" klubunun əsas komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub. Sport24.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

 

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər. 

 

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub. 

 

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb. 

 

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib. 

 

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:49

Futbol üzrə 2026-cı il dünya çempionatının final matçının hakimi məlum olub

Futbol
Bu gün, 09:40

DÇ-2026: Argentina prezidenti finalı harada izləyəcəyini açiqledi

Qarabağ FK
Bu gün, 09:28

Azərbaycan UEFA reytinqində irəli addım atdı

Futbol
Bu gün, 08:58

Atletiko Madrid tarixi rekordla dünya çempionatında

Futbol
Bu gün, 08:40

Lamin Yamalın atası mundiala yollanmamasının səbəbini açığladı

Digər
Bu gün, 08:31

Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb

Futbol
Bu gün, 08:20

DÇ-2026 finalının hakimləri açıqlandı

Futbol
Bu gün, 08:14

Maykl Olise “Bavariya”da qalmaq istəyir

Futbol
Bu gün, 08:00

Dünya Çempionatında Tarixi Hadisə: Qalib Komandaya Çempionluq Üzükləri Veriləcək

Futbol
Bu gün, 07:11

Mançester Yunayted Konenin transferi üçün 60 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 04:13

Mançester Yunayted Sander Berge ilə maraqlanır

Futbol
Bu gün, 03:12

Atletiko Madrid DÇ-2026-nın finalında 9 oyunçu ilə təmsil olunacaq

Futbol
Bu gün, 01:13

Vozinya: „Futbolçu kimi yanaşan klub axtarıram“

Minifutbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında Torpedoya qalib gəlir

Futbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında zəfər qazandı

Futbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında torpaqlı qələbə qazandı

Futbol
Bu gün, 00:51

Donald Tramp 2026-cı il dünya çempionatının finalına qatılacaq

Futbol
Bu gün, 00:32

Beşiktaş transfer siyahısına braziliyalı futbolçu əlavə edib

Qarabağ FK
Bu gün, 00:30

Qarabağ" Vestri"ni məğlub edib

Futbol
Dünən, 23:49

Yamal və Porro məşqdən kənarda qalıblar

Şahmat
Dünən, 23:34

Vladimir Kramnik diskvalifikasiyasına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 23:30

Liverpul Dominik Soboslainin müqaviləsini uzadıb

Futbol
Dünən, 23:19

Rəşad Sadıqov: „Torpedo“ ilə qarşılaşmaq istəmirdik“

Futbol
Dünən, 22:59

Folklend Adaları hökuməti Argentinanın Dünya Kubokundakı banneri ilə bağlı açıqlama yayıb

Oxşar xəbərlər