İspaniyanın "Real Madrid" futbol klubunun sabiq hücumçusu Qaret Beyl Joze Mourinyonun Madrid təmsilçisində uğurlu ola biləcəyini deyib.
İdman.Biz xəbər verir ki, uelsli keçmiş futbolçu portuqaliyalı mütəxəssisin futbolçularla işləmə bacarığını xüsusi vurğulayıb. Beylin sözlərinə görə, Mourinyo hər oyunçunu ayrı-ayrılıqda anlamağa çalışır və onlardan maksimum nəticə almağın yolunu tapır.
"Bəzən bu, mediada deyilən bir söz olur, bəzən isə sadəcə çiyinə dostcasına toxunuş. Joze "Real"da işləyib, klubun daxili dinamikasını və sistemin necə qurulduğunu yaxşı bilir. O, nəticə qazanmaq üçün plan hazırlayacaq", - deyə Beyl bildirib.
Qaret Beyl Karlo Ançelottinin top-klublardakı uğuruna da toxunub. O bildirib ki, italiyalı məşqçi böyük klublarda futbolçuların psixologiyasını, təzyiqi və ulduz oyunçularla münasibəti düzgün idarə etməyi bacarır.