"Beşiktaş" yarımmüdafiəçi Vilfred Ndidinin transferini bitirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul klubu Nigeriya millisinin də şərəfini qoruyan futbolçu ilə müqavilə bağlayıb.
28 yaşlı futbolçu İstanbul klubuna "Lester"dən keçib. Mətbuatın yazdığına görə, transfer məbləği 9,5 milyon avro təşkil edib.
Qeyd edək ki, Ndidi 2017-ci ildən "Lester"də çıxış edir. O, İngiltərə klubunun heyətində meydana çıxdığı 303 matçda 18 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.